"Neftçi” PFK-nın U-12 komandasının iştirak etdiyi Türkiyənin İzmir şəhərində keçirilən "İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, komanda B qrupunda İtaliyanın "Sampdoriya” (0:1), İsveçin "Brommapoykarna” (0:2), İspaniyanın "Atletik” (1:3), Türkiyənin "Bucaspor” (0:2), "Fənərbaxça” (1:2) və "Altınordu Lacivert” (0:1) klubları ilə qarşılaşıb.
Növbəti qrup mərhələsində Küveytin "Əl-Ərəbi” (1:1, 0:1) və Azərbaycanın digər təmsilçisi "Qəbələ” (1:1, 2:2) klubları ilə üz-üzə gələn "Neftçi” ardınca "İzmirspor”u (Türkiyə) məğlub edib – 1:0. Komanda turnirin son günündə Kosovonun "El Klassiko” (1:0) və Türkiyənin "Karşıyaka” (0:0, 4:3 – pen.) klublarını məğlub edib. "Neftçi”nin heyətində Erik Liam 3, Emil Qasımzadə 2 qola imza atıb. Səbuhi İmaməliyev, Lorenzo Mezzotero və Murad Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, 56 komandanın iştirak etdiyi turnirin qalibi Hollandiyanın "Alkmaar” klubu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB