Bakıda Beynəlxalq Bodibildinq Federasiyasının bütün tərkibi yenidən seçiləcək
Beynəlxalq Bodibildinq Federasiyasının (BBF) bütün tərkibi yenidən seçiləcək. SİA-nın məlumatına görə, seçimlər məhz Bakıda baş tutacaq. Belə ki, sabah Bakıda keçiriləcək konqresdə bu məsələ öz həllini tapacaq. Konqres "Hyatt Regency" otelində baş tutacaq.
Qeyd edək ki, indiyədək adıçəkilən beynəlxalq qurumda heç bir Azərbaycan nümayəndəsi vəzifə almayıb. Bu dəfəki seçimlərdə Azərbaycan nümayəndələrinin quruma hər hansı vəzifəyə seçilə biləcəyi məsələsinə BBF-nın hazırki prezidenti Rafael Santox seçimlərdə hər şeyin ola ola biləcəyini, bunun hələ bilinmədiyini deyib.
Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Fətəliyev isə bir federasiya prezidenti kimi hələ ki, bu qurumda vəzifə almadığını, ancaq bunun mühim əhəmiyyət kəsb etmədiyini bildirib. O, qurumda vəzifəsi olmamasına baxmayaraq dünya çempionatının Azərbaycanda keçirilməsini təmin etdiyini qeyd edib. Federasiya prezidenti bu faktın fikirlərinə parlaq misal olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB