"Neftçi” PFK-nın U-17 komandası növbəti tur çərçivəsində səfərdə Bakcell U-17 Liqasının lideri "Qəbələ” ilə qarşılaşıb. SİA-nın məlumatına görə, komanda Nicat Musayevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
"Neftçi” Futbol Akademiyasının digər komandaları da çempionat oyunlarında güclərini sınayıblar. Nəticələri təqdim edirik:
U-14 Liqası: "Keşlə” – "Neftçi” 0:2
Qollar: Sərxan Məmmədov, Ağadadaş Salyanski.
Coca-Cola U-13 Liqası: "Keşlə” – "Neftçi” 2:4
Qollar: Ramiz Muradov (3), Əhməd Babayev.
U-13 Qızlar Liqası: "Neftçi” – "Sumqayıt” 7:0
Qollar:Nurçin Tarverdizadə (4), Jasmin Abdullayeva, Türkan Abdullayeva, Ayşən Salamzadə.
U-11 Liqası: "Leon” – "Neftçi” 1:2
Qollar: Amin Muradov, Murad Mustafayev.
U-10 Liqası: "Keşlə” – "Neftçi” 2:2
Qollar: Əbdüləziz Cabbarlı, Rüstəm Hüseynli.
Bütün xəbərlər Facebook səhifəmizdə