"Fənərbaxça"da son həftələrdə yaxşı oyun sərgiləməyənlərlə klub yollarını ayırmaq qərarına gəlib. SİA-nın məlumatına görə, klubla vidalaşanlar sırasında birinci namizəd Stoç olub. Superliqada "Eskişəhərspor"la öz meydanında qarşılaşacaq "Fənərbaxça" oyundan 3 xal qazanmaq üçün var gücü ilə çalışacaq. Çünki bundan öncəki son iki oyunda komanda yalnız heç-heçəyə nail ola bilib. "Bursaspor"la matçda oynamayan cəzalı Dieqo Luqanonun bugünkü matçda ilk 11-likdə forma geyinəcəyi gözlənilir.
"Fənər"də zədəli olan Özer, Nianq, Selçuk, İlhan, Gökan Gönül və Qüizanın müalicəsi isə davam edir.
Aykut Kocaman sol cinahda Stoçun əvəzinə Andre Santosu oynatmaq qərarına gəlib.
"Eskişəkərspor"la bugünkü oyunda "Fənərbaxça"nın ilk 11-liyi belədir:
Volkan, Okan (Gökhan Gönül), Luqano, Yobo, Caner, Mehmet Topuz, Kristian, Emre, Andre Santos, Aleks, Semih.
Xatırladaq ki, "Fənərbaxça" Superliqanın 8-ci turunda "Konyaspor"u 4:1 hesabı ilə məğlub etdikdən sonra 9-cu turda "Qalatasaray"la 0:0 hesabı ilə heç-heçə edib. 10-cu turda isə komanda "Bursaspor"la 1:1 hesabı ilə heç-heçə edib. "Fənər" son 2 turda cəmi 1 qol vura bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB