"Qalatasaray" səfərdə uduzdu

Futbol üzrə Türkiyə Superliqasında 28-ci tura yekun vurulub. "Qalatasaray" səfərdə çempionatın autsayderlərindən biri olan "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Bununla da "sarı-qırmızılılar" liderliyi əldən veriblər.

"Gənclərbirliyi" - "Qalatasaray" - 1:0
Qol
: Alper Uludağ, 90+2

Qeyd edək ki, 28 turdan sonra turnir cədvəlinə 59 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 57 xalla 2-ci, "Beşiktaş" 56 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə