Messi Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub

Messi Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub

"Barselona"nın futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təşkilatın baş katibi Zurab Pololikaşvili La Liqanın 31-ci turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra "Nou Kamp" stadionunda argentinalı hücumçunun yeni vəzifəsini açıqlayıb.

Qeyd edək ki, "Real"ın keçmiş futbolusu Fernando Yerro və İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske də BMT-nin Ümumdünya Turizm Təşkilatında işləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə