"Kəpəz" itki iə üzləşib

"Kəpəz" itki iə üzləşib. SİA-nın məlumatına görə, Nizami yurdunun təmsilçisi yarımmüdafiəçisi Samir Zərgərovun xidmətindən məhrum olub. S.Zərgərov Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran oyunçu 23-cü turda səfərdə "Sumqayıt"la keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Kəpəz"də həmin görüşü zədədən əziyyət çəkən Dedimar Fereyra da buraxacaq. Digər zədəli Dieqo Souzanın vəziyyəti isə qeyri-müəyyəndir.

"Sumqayıt" - "Keşlə" görüşü aprelin 15-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə