Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib - FOTOLAR

Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib - FOTOLAR

Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. SİA-nın məlumatına görə, beynəlxalq turnirin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar.

Turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Toğrul Salmanov (90 kq-dan yuxarı) Berlində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verib.

Bütün xəbərlər Facebook səhifəmizdə