Yaponiya millisinin baş məşqçisi istefaya göndərilib

Yaponiya millisinin baş məşqçisi istefaya göndərilib

Yaponiya Futbol Federasiyası millinin baş məşqçisi Vahid Halilhodziçi istefaya göndərib. SİA-nın məlumatına görə, buna səbəb milli komandanın yoldaşlıq oyunlarında zəif çıxışı olub.

Bu il Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Yaponiya millisi sınaq matçlarında Malta ilə heç-heçə (1:1) edib, Ukraynaya isə uduzub - 1:2.

Qeyd edək ki, bosniyalı mütəxəssis 2015-ci ildən Yaponiya millisini çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə