Pedro Qama Filho: "Federasiyalarımız arasında sıx dostluq münasibəti var" - VİDEO
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. SİA-nın məlumatına görə, Dünya Kubokunda finala yüksələn Azərbaycan millisini təbrik edən müsahib yığmamıza uğurlar arzulayıb: "Bu gün burada güclü Azərbaycan komandasını görməkdən məmnunam. İnanıram ki, final görüşündə də layiqli mübarizə aparacaqlar".
Azərbaycan Güləş Federasiyası ilə uzunmüddətli əməkdaşlıqlarının olduğunu deyən Pedro Qama Filho Bakını çox sevdiyini bildirib: "AGF dünyanın ən böyük federasiyalarından biridir. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq. Bakı çox gözəl şəhərdir və mən oranı çox sevirəm. Yenidən Bakıda olmağı çox istəyirəm. Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu. Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şəraiti yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB