ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı ABŞ Güləş Federasiyasının icraçı direktoru Riç Binder Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib. SİA-nın məlumatına görə, Dünya Kubokunun finalında dünya güləşinin iki güclü ölkəsinin qarşılaşacağını deyən icraçı direktor Azərbaycan komandasını Ayovada gördüklərindən məmnunluğunu bildirib. Final görüşü ilə bağlı proqnoz vermək istəməyən federasiya rəsmisi gərgin qarşılaşma olacağını bildirib: "Hər iki komanda güclüdür və bugünkü final qarşılaşmasının güləşçiləri daha fərqli səviyyəyə yüksəldəcəyinə inanıram. Azərbaycan Güləş Federasiyası ilə yüksək səviyyədə əməkdaşlığımız var. Azərbaycan Güləş Federasiyası ilə sıx və yaxın münasibətlərimiz var. Bü münasibətləri davam etdirmək, daha da inkişaf etdirmək istəyirik. Bizim üçün bu əlaqələr çox vacibdir.
Dəfələrlə Bakıda olduğunu deyən R.Binder ölkəmizə heyranlığını vurğulayıb: "Həm dünya çempionatında, həm də Qızıl Qran Pri turniri çərçivəsində Azərbaycanda olmuşam. Dünya çempionatında yunan-Roma güləşçilərimizin ilk dəfə komanda şəklində qalib olmasını xoş xatirələrlə yad edirik. Biz yenidən Azərbaycanda olmağı çox istəyirik, çünki ölkəniz çox gözəl bir yerdir. Bakı gözəl şəhərdir. Azərbaycan xalqı üçün güləş çox önəmli bir idman növüdür. Düşünürəm ki, güləşin inkişafı ölkənin mədəniyyəti ilə sıx bağlıdır və biz Azərbaycanda bunu görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB