"Bavariya" çempionluğunu rəsmiləşdirdi!

"Bavariya" çempionluğunu rəsmiləşdirdi!

Futbol üzrə Almaniya Bundesliqasında bu mövsümün qalibi müəyyənləşib. "Bavariya" 29-cu turda "Auqsburq"a 4:1 hesabı ilə qalib gələrək çempionatın bitməsinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Münhen klubu bu qələbə ilə ən yaxın izləyici "Şalke" ilə xal fərqini 17-ə yüksəldib.

Beləliklə, "Bavariya" tarixində arıdıcıl 6-cı, ümumilikdə 28-ci dəfə ölkə çempionu olub. Qeyd edək ki, "Bavriya"nın hazırda 69 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə