Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, turnirə ev sahibliyi edən Çin yığması ilə qarşılaşan milli komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev və Ramil Əliyevin dubl etdiyi qarşılaşmada digər qolları Orxan Məmmədov, Əbdul Əliyev və Asif Zeynalov vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB