"Real" 3 ulduz futbolçunu transfer etmək istəyir

"Real" 3 ulduz futbolçunu transfer etmək istəyir

"Real" gələn mövsüm üçün transfer çalışmalarını sürətləndirib. SİA-nın məlumatına görə,"Kral Klubu" "Mançester Yunayted"in 3 ulduzunu transfer etmək niyyətindədir.

İddialara görə, "Real" Qaret Beyli İngiltərə klubuna verərək Antoni Martialı almaq istəyir. İspanlar qapı xəttindəki problemi həll etmək üçün "Mançester Yunayted"dən David De Geanı transfer etməyi düşünürlər. Klub qarşılığında isə Luka Modriçi təklif edir. İngiltərə klubunun 105 milyon avroya aldığı Paul Poqbaya qarşılıq isə Toni Krossun verilməsi gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə