UniBAnk Adamiyanın mükafatını niyə vermir?

UniBAnk Adamiyanın mükafatını niyə vermir?

UniBank aprel ayında "Ayın futbolçusu" seçilən "Qarabağ"ın üzvü Georgi Adamiyanın mükafatını verməyib. SİA futbolpress.az saytına istinadən xəbər verir ki, 1111 manat pul mükafatı almalı olan futbolçu artıq 7 aydı yol gözləyir.
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev xəbəri təsdiqləyib: "Bəli, mükafatın verilməyində problemin yarandığı doğru məlumatdı. Hazırda bu işlə bağlı bank rəsmisiylə danışıram. "Qarabağ"ın mətbuat katibi Nurlan Əziz də yanımdadı. Bizə məlum olan budu ki, Adamiyanın sənədlərində problem olduğu üçün bank bu pulu ödəməyib. Sənədlərdəki problemlə bağlı konkret araşdırmalar aparılır. Problem yoluna qoyulacaq, yəqin".
Futbolçunun özü isə sənədlərindəki problemlə bağlı məlumatlandırılmadığını bildirir. Onun sözlərinə görə, yalnız banka mükafatın niyə gecikdirilməsiylə bağlı müraciətdən sonra onlar futbolçunun sənədində problemlərin olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə