Azərbaycan cüdoçuları Avropa birinciliyində

Azərbaycan cüdoçuları Avropa birinciliyində

Xəbər verdiyimiz kimi, noyabrın 19-da cüdo üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. SİA-nın məlumatına görə, Bosniyanın paytaxtı Sarayevoda keçiriləcək yarışda Azərbaycan yığma komandası da medallar uğrunda mübarizə aparacaq. Yığmamızın heyəti artıq müəyyənləşib. Belə ki, milli komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Orxan Hacıağəli (66 kq). Nadir Babayev (73 kq), Rüstəm Alimli (81 kq), Sain Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə