PSJ-nin baş məşqçisi Unai Emerinin klubda gələcək taleyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, ispan mütəxəssis mövsümün sonunda istefaya göndəriləcək. Artıq onu əvəzləyəcək yeni baş məşqçinin adı da bilinir. Çox güman ki, komandaya yeni mövsümdən “Borussiya”nın sabiq çalışdırıcısı Tomas Tuxel başçılıq edəcək.
Qeyd edək ki, daha öncə PSJ-nin sükanı arxasına keçəcək mütəxəssislər arasında Antonio Konte, Massimilyano Alleqri, Karlo Ançelotti, Luis Enrike, Paulu Fonseka və Leonardu Jardimin adı hallanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB