Millimiz beynəlxalq turnirə qələbə ilə başlayıb

Millimiz beynəlxalq turnirə qələbə ilə başlayıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edir. SİA-nın məlumatına görə, millimiz turnirdə ilk oyununu keçirib. Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 7:3 hesabı ilə qələbə qazanıblar. Amid Nəzərovun dubl etdiyi qarşılaşmada hərəyə bir dəfə Asif Zeynalov, İlkin Hacıyev, Ramil Əliyev, Vaqif Şirinbəyov və Əbdül Əliyev fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə