Bu gün XXII turun oyunlarına start veriləcək

Bu gün XXII turun oyunlarına start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, turun ilk günündə iki matç oynanılacaq. “Kəpəz” komandası doğma azarkeşlər önündə “Keşlə”ni qəbul edəcək. Matçın start fiti saat 15:00-da səslənəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

Günün ikinci qarşılaşması “Səbail” və çempionatın lideri “Qarabağ” komandaları arasında keçiriləcək. “Azərsun Arena” stadionunda təşkil olunacaq oyun saat 17:30-da start götürəcək. Görüşün baş hakimi Ramil Diniyev olacaq.

Turun digər matçları aprelin 8-də keçiriləcək. Həmin gün “Qəbələ” klubu paytaxt təmsilçisi “Zirə”nin qonağı olacaq. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə həvalə olunub. Tura “Neftçi”-“Sumqayıt” oyunu ilə yekun vurulacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə