Güləş Federasiyasının rəhbərliyi Ayovada bir sıra görüşlər keçirib - FOTOLAR

Güləş Federasiyasının rəhbərliyi Ayovada bir sıra görüşlər keçirib - FOTOLAR

Sərbəst güləş üzrə Dünya Kubokunda iştirak etmək üçün ABŞ-ın Ayova şəhərində rəsmi səfərdə olan Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov orada bir sıra görüşlər keçirib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat dünya çempionu Terry Brandsın Dünya Kubokunda işitirak edən komanda nümayəndələrinin şərəfinə təşkil etdiyi ziyafət çərçivəsində Azərbaycan Güləş Federasiyasının nümayəndə heyəti Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Bender, Ayova şəhərinin prezidenti Joshua Schamberger ilə görüşüb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan güləşçilərinin nailiyyətlərindən söz açılıb. Azərbaycan Güləş Federasiyasının dünyada güləşin inkişafında və təbliğindəki fəaliyyətini yüksək qiymətləndirən DGB və ABŞ rəsmiləri Dünya Kubokunda komandamıza uğurlar arzulayıb.

Öz növbəsində Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov ABŞ nümayəndələrinə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edib. Federasiyalarımız arasındakı əlaqələrdən məmnunluğunu bildirən Firdovsi Umudov qarşılıqlı əlaqələrimizin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə