Azərbaycan Premyer Liqasının XII turuna start verilib. SİA-nın məlumatına görə, bu gün turun ilk oyunu keçirilib. Belə ki, "Qarabağ" MOİK-i qəbul edib. Ağdam təmsilçisi rəqibdən üstün olub. "Qarabağ" rəqib qapısından 3 cavabsız top keçirib.
Hesabı 17-ci dəqiqədə Georgi Adamiya açıb. 44-cü dəqiqədə Rauf Əliyev fərqi iki topa çatdırıb. İkinci yarıya da fəal başlayan "Qarabağ" 49-cu dəqiqədə növbəti qola imza atıb. Bu dəfə də rəqib qapısına yol tapan Rauf dublunu rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB