Eltac Səfərli beynəlxalq turnirdə liderliyini qoruyur

Eltac Səfərli beynəlxalq turnirdə liderliyini qoruyur
Azərbaycan qrossmeysteri Eltac Səfərli Moskvada tanınmış Rusiya şahmatçısı Mixail Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində liderliyini saxlayır. SİA-nın məlumatına görə, Eltac Səfərli 8-ci turda rusiyalı şahmatçı Dmitri Andreykinlə xalı yarı bölüb və 7 xalla turnir cədvəlindəki liderlik mövqeyini qoruyub.
Cahangir Ağarəhimov isə ukraynalı Aleksandr Kobzarla görüşünü heç-heçə başa vurub. Həmyerlimiz hazırda 4 xalla 148-ci yeri tutur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 275 şahmatçı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə