Dünya bodibildinq nümayəndələri sabah Bakıda dünya çempionu adı üçün yarışacaqlar
Sabah Bakıda bodibildinq üzrə kişilər arasında 64-cü dünya çempionatına start veriləcək. SİA-nın məlumatına görə, bu gün yarışla bağlı Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santox mətbuat konfransı keçirib. Konfransda onunla yanaşı, Azərbaycan Bodibildinq Federasiyasının prezidenti, yığma komandanın baş məşqçisi Rauf Bünyatəliyev də iştirak edib.
Konfrans zamanı məlumat verilib ki, yarışda 63 ölkə iştirak edəcək. Çempionatda idmançılar 9 çəkidə - 60, 65, 70, 75, 80, 85, 90, 100, +100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Atletlər arasında 15 ən yaxşı idmançı seçildikdən sonra finalda 6 nəfər mübarziyə qatılacaq. Noyabrın 7-də çempionatın rəsmi açılışından sonra final mərhələsi keçiriləcək.
Azərbaycan yığma komandasının heyətini nəzərinzə çatdırırıq:
65 kq – Teymur Aslanov
75 kq – Yalçın Məmmədov, Fərhad Quliyev
80 kq – Mahmud Salalan
85kq – Vüqar Verdiyev
90 kq – Məhəmməd Paşayi, Həmid Kəşani
100 kq – Əhmıd Alverdi
+100 kq – Leonid İstomin.
Qeyd edək ki, yarışda 4 il ardıcıl dünya çempionu olmuş Misir, Əlcəzair, Ukrayna, Rusiya, Polşa, Sloveniya, Braziliya, Cənubi Koreya kimi ölkələr iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB