"Neftçi” aprelin 8-də Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Sumqayıt”la görüşəcək. SİA-nın məlumatına görə, "Bakcell Arena”da keçiriləcək oyun saat 18:30-da start götürəcək. "Neftçi" "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 23 çempionat oyununda qarşılaşıb və bunlardan 12-də qalib gəlib, 9-da məğlub olub. Cəmi 2 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi” üstündür - 37:28.
Flaqman bu mövsüm ilk ev oyununda qələbə qazanıb. Komandanın keçən il oktyabrın 29-da 2:1 hesabı ilə qalib gəldiyi görüşdə qollara Mirabdulla Abbasov və Rəhman Hacıyev imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB