Stolüstü tennisçilərimiz Qırğızıstan və Türkiyə ilə qarşılaşacaqlar

Stolüstü tennisçilərimiz Qırğızıstan və Türkiyə ilə qarşılaşacaqlar

Bakıda Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan idmançılarının iştirakı ilə birinci Türk Universiadasına start verilib. SİA-nın məlumatına görə, Universiadanın proqramına daxil olan stolüstü tennis yarışları aprelin 7-9-da “Şüa” İdman Sağlamlıq Kompleksində təşkil olunacaq.

Stolüstü tennis yarışlarının ilk günündə kişi və qadınlardan ibarət komandamız Qırğızıstan, ikinci günündə isə Türkiyə millisi ilə qarşılaşacaq. Daha sonra turnir şəxsi yarışlar ilə davam edəcək.

Turnirə aprelin 10-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə