UEFA-nın reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

UEFA-nın reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişiklik baş verib. İlk pillələrdə yer alan İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin qələbəsi bu ölkələrin xal hesabını artırıb.

23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi isə dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonra gəlir. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə