Güləşçilərin Respublika turnirinə start verilib

Güləşçilərin Respublika turnirinə start verilib

Bu gün Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Rrespublika turnirinə start verilib. SİA-nın məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda bu gün idmançılar 5 çəki dərəcəsində mübarizə aparacaqlar (42, 50, 58, 69 və 85 kq). Həmçinin bu gün yarışa 130 sərbəst güləşçi qatılacaq.
Turnirlərdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Yarışın təqvimi:

05.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Açılış mərasimi 17.00, Finallar 17.30-20.00
06.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Finallar 16.00-19.00
07.11.2010 -- PARLAMENT SEÇKİLƏRİ
08.11.2010 -- İlkin görüşlər 14.00-18.00, Finallar 18.00-20.00
09.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
10.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
11.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
12.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
13.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Finallar 18.00-20.00

Bütün xəbərlər Facebook səhifəmizdə