Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır - FOTOLAR

Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır - FOTOLAR
Bu ilin iyun ayında Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır. SİA-nın məlumatına görə, paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.

Qeyd edək ki, iyunun 5-9-da qəbul edəcəyimiz dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə