İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqaviləni uzadıldığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Bu isə o deməkdi ki, 2017-ci ilin noyabrında Vinçentso Montellanı əvəzləyən Qattuzo daha 3 il bu postda qalacaq.
Qeyd edək ki, “Milan” hazırda A seriyasının turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB