Qaret Beyl yayda “Real”dan ayrılacaq?

Qaret Beyl yayda “Real”dan ayrılacaq?

“Real”ın futbolçusu Qaret Beyl yayda komandadan ayrılacaq. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi oyun şansı qazanmadığından bu qərarı verib.
Beylin məşqçilər korpusu ilə yaxşı münasibətdə olmadığı bildirilir. Bundan başqa, futbolçu məşqlərə də həvəssiz yanaşır.

Qeyd edək ki, Beylin Madrid klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. Onunla “Mançester Yunayted” yaxından maraqlanır. “Real”ın Beyli 120 milyon avroya satmağa razı olduğu da iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə