Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Türk Universiadası üçün heyəti açıqlayıb. SİA-nın məlumatına görə, Bakıda keçiriləcək yarışda Kənan Allahverdiyev, Asif Əliyev, Elmin Alışanov, Vüsal Rüstəmov, Dmitri Baranov, Andrey Vasilenko, İvan Kazaçkov, Ruslan Əliyev, Rudix Yaroslav, Vüqar Bayramov, Aqil Ağazadə və Tural Həsənli millinin heyətində yer alacaqlar.

Yığmamızın rəqibi yalnız Türkiyə olacaq. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə