"Qəbələ" itki ilə üzləşib. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Elvin Camalovun xidmətindən məhrub olub. Topaz Premyer Liqasının 21-ci turunda "Sumqayıt"la görüşdə sarı vərəqə alan yarımmüdafiəçi cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran E.Camalov 22-ci turda "Zirə" ilə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, "Sumqayıt"la qarşılşamada zədələnən Vitali Vernidub ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
"Zirə" - "Qəbələ" matçı aprelin 8-i, saat 16:30-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB