Adrian Mutuya məşhur modeldən dəstək

Adrian Mutuya məşhur modeldən dəstək
Ötən həftə Florensiya restoranlarının birində ofisiantı əzişdirdiyi üçün həbs edilən Rumıniya yığması və "Fiorentina"nın hücumçusu Adrian Mutuya dəstək çıxan tapılıb. SİA-nın məlumatına görə, məşhur rumın model Adelina Pestritu "bənövşəyilər"in forvardına haqq qazandırıb: "Əminəm ki, ofisiant Mutuya qarşı kobudluq edib. Çünki belə halla mən də rastlaşmışam. Hesabı deməyin də bir üsulu var. Futbolçunun cəzalanmasına gərək yox idi".
Xatırladaq ki, qanında qadağan olunmuş preparat tapıldığı üçün 30 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə