“Qarabağ” klubu MOİK-lə oyuna hazırdır

“Qarabağ” klubu MOİK-lə oyuna hazırdır

"Qarabağ" klubu MOİK-lə oyuna hazırdır. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Premyer Liqanın 2-ci dövrəsinin start turunda MOİK-i qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb. Tofiq Bəhramov adına respublika stadionunda 14:00-da baş tutacaq qarşılaşmada Ağdam təmsilçisinin tək hədəfi qalibiyyətdir. Komandada 5 futbolçunun meydana çıxmayacağı dəqiqdir. Əfran İsmayılov və Samir Abasov trenajor zalında məşqlə kifayətlənir. Andrey Rubins və Emin İmaməliyev isə fərdi məşq edirlər. Maksim Medvedevin isə məcburi istirahəti davam edir.
Xatırladaq ki, tərəflər arasında ilk dövrədə baş tutan görüşdə "Qarabağ" Adamiyanın qolu ilə 1:0 hesablı qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə