"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başlayıb

"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başlayıb

Ötən turda "Qəbələ" ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, komanda saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Nəzərinizə çatdıraq ki, komandanın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə