Luis Enrike: "Kataloniyalılar fantastik insanlardır"

Luis Enrike: "Kataloniyalılar fantastik insanlardır"

“Bəlkə də inandırıcı olmayacaq, amma kataloniyalılar fantastik insanlardır. Onlar yaxşı yaşayırlar. Şəhər və əhali İspaniyanın digər hissəsi ilə müqayisədə daha çox inkişaf edib”.
Bu sözləri “Marca” nəşrinə açıqlamasında “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike deyib. Hazırda Kataloniyada yaşayan mütəxəssis şəhər və yerli əhali haqda müsbət fikirlər səsləndirib: “Buranın insanları təhsillidirlər. Hamıya hörmətlə yanaşır və çox işləyirlər. Kataloniyada yaşamağa davam edirəm”.
Enrike Kataloniyanı təmsil edən sabiq klubu “Barselona” barədə də fikirlərini açıqlayıb: “Barselona”dan ayrıldığım üçün təəssüflənmirəm. İnsan gərək, özünü tamamilə işinə verə. Vəzifənin başa çatdığını görəndə qərar qəbul etməlisən. Mən də belə etdim”. Qeyd edək ki, Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə