Xəbər verdiyimiz kimi, "Neftçi" Unibank Premyer Liqasının 12-ci turunun oyununda noyabrın 6-da "İnter"lə qarşılaşacaq. SİA-nın məlumatına görə, flaqmanın təcrübəli futbolçusu Elmar Baxşiyev bu haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi" 5 ildir turnir cədvəlinin zirvəsində qərarlaşa bilmirdi. Ancaq klubun yeni prezidenti Sadıq Sadıqovun gəlişindən sonra komanda yenidən quruldu, heyətə yeni futbolçular cəlb olundu. Düşünürəm ki, bu tempdə davam etsək, sonda çempionluğu biz qazanacağıq. "İnter"lə qarşıdakı oyuna gəldikdə isə deyə bilərəm ki, rəqibimiz iddialı klubdur. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, Premyer Liqada asan rəqib yoxdur. Hər oyunumuz gərgin, lakin eyni zamanda, maraqlı keçir. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB