David Evangelista: “Forum həm qlobal, həm də Azərbaycan cəmiyyətinə böyük töhfə verəcək” - AÇIQLAMA
“Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun Azərbaycanda keçirilməsi bizim üçün çox böyük əhəmiyyətə malikdir”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti və icraçı direktoru David Evangelista deyib.
O, forumun Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə və uğurla keçiriləcəyinə əminliyini vurğulayıb: “Bu il sentyabrın 24-28-də Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunu Bakıda Azərbaycanla birlikdə keçirəcəyimizə görə qürur duyuruq. Biz çox məmnunuq ki, Azərbaycan kimi müxtəlifliyi qəbul edən ölkədə bu tədbiri keçirəcəyik. Bakıda baş tutacaq Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumu həm qlobal, həm də Azərbaycan cəmiyyətinə böyük töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB