Basketbol üzrə Bakı birinciliyi keçirilib

Basketbol üzrə Bakı birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Heydər Əliyev adına İdman Konsert Kompleksinin idman salonunda 1993-94, 1995-96, 1997-98 – ci il təvəllüdlü idmançılar arasında basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda "Səbail UGİM", "Renat İK", "Makkabi İK", "Təhsil RİM", "Sabunçu UGİM", "Qaradağ UGİM", "Neftçi İSM", "Nərimanov UGİM" – ümumilikdə 42 komandadan 390 idmançı (90 qadın, 300 kişi) mübarizə aparıb.
Birincilikdə 1993-94-cü il təvəllüdlü kişi idmançılar arasında I yerə Səbail UGİM, II yerə Renat İK, III yerə Makkabi İK, qadın idmançılar arasında I yerə Neftçi İSM, II yerə Təhsil RİM, III yerə Sabunçu UGİM, 1995-96 – cı il təvəllüdlü oğlanlar arasında I yerə Təhsil RİM, II yerə Sabunçu UGİM, III yerə Renat İK, qadınlar arasında I yerə Neftçi İSM, II yerə Qaradağ UGİM, III yerə Nərimanov UGİM, 1997-98 – ci il təvəllüdlü oğlanlar arasında I yerə Makkabi İK, II yerə Səbail UGİM, III yerə Qaradağ UGİM, qadınlar arasında Neftçi İSM, II yerə Qaradağ UGİM, III yerə Nərimanov UGİM layiq görülüb.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə