Bakıda keçiriləcək beynəlxalq forum ilə əlaqədar memorandum imzalanıb - FOTOLAR
Bakıda keçiriləcək Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumu ilə əlaqədar Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti və icraçı direktoru David Evangelista, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Nazir bu gün imzalanan memorondumla yeni tarix yazacaqlarını deyib: "Qürurla 24 - 28 sentyabr 2018-ci il tarixində Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndə bir araya gəlməklə, yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək".
D.Evangelista çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyib: "İlk növbədə, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və nazir Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini bütün dünyada məktəb divarları arasında, eləcə də xaricində inklüzivliyi təşviq etmək üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq".
A.Rəhimov və D.Evangelista memorandumu imzalayıblar.
Daha sonra onlar mətbuat nümayəndələrinin sullarını cavablandırıblar.
Qeyd edək ki, beş gün davam edəcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayırması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlanmasında yeni era olacaq.
1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan vahid partnyorları mövcuddur.
1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançısı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB