A Seriyasının təxirə salınmış turuna start verilib

A Seriyasının təxirə salınmış turuna start verilib

İtaliya A Seriyasının təxirə salınmış 27-ci turuna start verilib. SİA-nın məlumatına görə, 2 gün davam edəcək turun açılış günündə 3 qarşılaşma keçirilib.

“Atlanta” doğma meydanda “Sampdoriya”ya məğlub olub - 1:2. "Fiorentina” səfərdə "Udineze"nin qapısına iki cavabsız qol vurub - 0:2. "Genoya" isə öz meydanında "Kalyari"nı minimal hesabla məğlub edib - 2:1.

Turun mərkəzi oyunu aprelin 4-də "San Siro" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:30-da "İnter" "Milan"la qarşılaşacaq.

"Bonevento"-"Verona" , "Kievo"-"Sasuolo" , "Torino"-"Krotone" oyunlarından sonra tura yekun vurulacaq.

Xatırladaq ki, "Fiorentina"nın kapitanı David Astorinin vəfatı ilə əlaqədər olaraq İtaliya A Seriyasının 27-ci turu təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə