Qvardiola: Aquero "Liverpul"a qarşı oynamayacaq

Qvardiola: Aquero "Liverpul"a qarşı oynamayacaq

"Mançester Siti"nin hücumçusu Serxio Aquero Çempionlar Liqasının 1/4 finalında bu gün “Liverpul”la keçiriləcək oyunu buraxacaq. Bunu komandanın baş məşqçisi Xosep Qvardiola keçirdiyi mətbuat konfransında deyib. O, bir müddətdir zədədən əziyyət çəkən argentinalı forvardın hələ oynamağa hazır olmadığını bildirib.

Qeyd edək ki, “Liverpul” - “Mançester Siti” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə