"Qalatasaray"ı UEFA tərəfindən cəza gözləyir. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı "sarı-qırmızılılar"ın prezidenti Mustafa Cengiz verib.
Klub rəhbəri yerli mətbuata açıqlamasında maliyyə feyr-pley qaydalarına əməl edə bilmədikləri üçün cəzalandırılacaqlarını təsdiqləyib. O, UEFA-dan bununla bağlı rəsmi açıqlama gözlədiklərini söyləyib: "Biz ən yüngül cəzanı gözləyirik. Çünki UEFA-ya təqdim etdiyimiz sənədlərdə problemlərin həlli ilə bağlı müəyyən təkliflər irəli sürmüşük. Uydurma xəbərlərlə deyil, real rəqəmlərlə onların qarşısına çıxdıq. Kluba gəldiyim 2 ay ərzində kifayət qədər gəlir götürmüşük. Ev oyunlarına azarkeş marağı baxımından son illərin rekorduna imza atdıq. Rəqabət artdıqca futbol daha zövqlü olur. İnşallah, UEFA da bunu görər. Mətbuatda qərarın aprelin 19-da açıqlanacağı yazılıb. Ancaq qitə futbol qurumu konkret tarix bildirməyib. Hər an qərar açıqlana bilər".
Qeyd edək ki, "Qalatasaray"ın yenidən avrokuboklardan kənarlaşdırılması və ya transfer qadağasına məruz qalması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB