DÇ-2018 üçün neçə bilet satılıb?

DÇ-2018 üçün neçə bilet satılıb?

FİFA 2018-ci il dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb. SİA-nın məlumatına görə,13 martdan bu vaxta qədər 394 min 433 bilət satılıb. Ümumilikdə 1.7 milyon bilet azarkeşlər tərəfindən əldə olunub. Ən çox bileti Rusiya vətəndaşları alıb - 216 min 134. ABŞ fanatları 16 462, Argentina 15 006, Kolumbiya 14 755, Meksika - 14 372, Braziliya - 9 962, Peru - 9766, Çin - 6 598, Almaniya - 5 974, Avstralya - 5 905, hindistanlılar isə 4 509 bilet əldə edib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə