U-16 beynəlxalq turnirdə iştirak edəcək

U-16 beynəlxalq turnirdə iştirak edəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. SİA-nın məlumatına görə, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

23 aprel. Saat 15:00

Yunanıstan – Azərbaycan

25 aprel. Saat 17:00

Türkiyə - Azərbaycan

27 aprel. Saat 14:00

Gürcüstan – Azərbaycan

Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə