Adnan Sezgin «UltrAslan-Azərbaycan» dərnəyini ziyarət etdi

Adnan Sezgin «UltrAslan-Azərbaycan» dərnəyini ziyarət etdi

 "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gələn "Qalatasaray"ın idman direktoru Adnan Sezgin "Cim-Bom" azarkeşlərini də unutmayıb. SİA-nın məlumatına görə, o, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov və tanınmış türk menecer Yusuf Uncularla birlikdə "UltrAslan-Azərbaycan" dərnəyinin ofisini ziyarət edib. Adnan Sezgin dərnəyin fəaliyyəti ilə maraqlanıb. "UltrAslan-Azərbaycan" dərnəyinin rəhbəri Ceyhun Əzizli "Qalatasaray"ın idman direktoruna dərnəyin fəaliyyəti barədə məlumat verib. Sonda türkiyəli qonaq "Qalatasaray" azarkeşləri ilə xatirə şəkili çəkidirib.

Bütün xəbərlər Facebook səhifəmizdə