Kasilyas 1000-ci oyununu keçirib

"Portu"nun qapıçısı İker Kasilyas üçün Portuqaliya Liqasının 28-ci turunda "Belenenseş"lə görüş əlamətdar olub. SİA-nın məlumatına görə, bu matç onun peşəkar futbolçu karyerasının 1000-ci oyunu olub. Bununla da Kasilyas "Real"ın sabiq hücumçusu Rauldan sonra bu qədər oyun keçirmiş ikinci ispan olub.

Qeyd edək ki, Kasilyas "Real"da 725, "Portu"da 108 və İspaniya millisində 167 oyuna çıxıb.

Əlavə edək ki, "Belenenseş" - "Portu" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə