Azərbaycan yığması Avropa çempinatında və Qran Pri yarışında iştirak edəcək
Noyabrın 19-dan 21-dək Bosniya və Hersoqovinanın Sarayeva şəhərində 23 yaşa qədər olan gənc qızlar və oğlanlar arasında Avropa çempinatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu yarışa Azərbaycan cüdoçuları qatılacaqlar.
3 gün davam edəcək yarışıda məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında Respublikamızı ümumilikdə 6 cüdoçu – İlqar Müşkiyev (-60kq) , Orxan Hacıağalı (-66kq), Nadir Babayev (-73 kq), Rüstəm Alimli (-81 kq), Sain Məmmədov (-90 kq), Elmar Qasımov (-100 kq) təmsil edəcək.
Noyabrın 23-dən 24-dək isə tarixlərində isə yığmamız Abu Dabidə keçiriləcək Qran Pri yarışında iştirak edəcək. Yığma komandamız yarışda baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi ilə ümumilikdə 8 cüdoçu ilə - Tərlan Kərimov (-66 kq), Rinat Mirzəliyev (-73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (-90 kq), Mövlud Mirəliyev (-100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (-63 kq) mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB