UEFA Çempionlar Liqasında IV turun oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, bu gecə qitə arenalarında 8 oyun baş tutub. Öz meydanında Moskva "Spartak"ını məğlub edən "Çelsi" vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. "Bavariya" da eyni uğura imza atıb. Münhen təmsilçisi səfər oyununda üç xalı aktivinə yazıb.
Azarkeşlər Slovakiyada qol yağışına şahidlik edib. Belə ki, Marsel "Olimpik"i səfər oyununda "Jilina"nın qapısından 7 cavabsız top keçirib.
Həmçinin "Roma" "Bazel"i, "Oser" "Ayaks"ı, "Braqa" "Partizan"ı məğlub edib. "Milan" - "Real" matçı heç-heçə başa çatıb - 2:2. Gecənin sürprizi isə Ukraynada qeydə alınıb. Belə ki, "Şaxtyor" "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib.
Nəticələr:
E qrupu
"Bazel" (İsveçrə) – "Roma" (İtaliya) 2:3
Qollar: Frey, 69. Şaqiri, 83 - Menez, 17. Totti, 26-pen. Qreko, 76
ÇFR (Rumıniya) – "Bavariya" (Almaniya) 0:4
Qollar: Mario Qomeş, 13; 23; 71. Tomas Müller, 90.
F qrupu
"Çelsi" (İngiltərə) – "Spartak" (Moskva, Rusiya) 4:1
Qollar: Anelka, 49. Droqba, 62-pen. İvanoviç, 66; 90+2 - Nikita Bajenov, 86.
"Zilina" (Slovakiya) – "Olimpik" (Marsel, Fransa) 0:7
Qollar: Gignas, 12; 21; 55. Heynza, 24. Remi, 37. Luço Qonsales, 52; 64.
G qrupu
"Oser" (Fransa) – "Ayaks" (Hollandiya) 2:1
Qol: Sammaritano, 9. Langil, 84 - Aldervayreld, 80.
"Milan2 (İtaliya) – "Real" (İspaniya) 2:2
Qollar: İnzagi, 68; 78 - Hiquain, 45. Pedro Leon, 90+3.
H qrupu
"Partizan" (Serbiya) – "Braqa" (Portuqaliya) 0:1
Qol: Moyzes, 35.
"Şaxtyor" (Ukrayna) – "Arsenal" (İngiltərə) 2:1
Qollar: Çiqrinski, 27; Eduardo, 45 - Uolkott, 10.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB