Adnan Sezgin Bakıya gəldi

Türkiyənin "Qalatasaray" klubunun idman direktoru Adnan Sezgin "Neftçi" PFK-nın rəhbərliyi ilə görüşmək üçün Bakıya gəlib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, Adnan Sezgin "Neftçi" ilə mövsümün sonuna qədər müqaviləsi olan məşqçi Covanni Melkiorrenin keçidini həll etmək üçün flaqmanın rəsmiləri ilə danışıqlar masası arxasına əyləşəcək.
Xatırladaq ki, bir müddət əvvəl fiziki hazırlıq üzrə italiyalı məşqçi Türkiyə təmsilçisinin yeni təyin edilmiş baş məqşçisi George Hacının  dəvəti ilə İstanbula yollanmışdı. Bu görüşdə həmçinin hər iki klub arasında qarşılıqlı əməkdaşlıq mövzusu da müzakirə ediləcək.

Qeyd edək ki, artıq uzun müddətdir "Neftçi" ilə "Qalatasaray" arasında qarşılıqlı əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılır. Əməkdaşlıq çərçivəsində yeniyetmə və gənc futbolçuların mübadiləsi, məşqçilərin təcrübə keçmək məqsədilə İstanbul klubunun düşərgəsinə yollanması və digər məsələlər həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə